Kriminal
Rusiya vətəndaşları Azərbaycandan 120 min dollar çıxarmaq istədilər
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Aksiz markasız külli miqdarda siqaretin realizəsinin qarşısı alınıb
Yevlax Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
Azərbaycanlı iş adamı diri-diri basdırıldı - Telefonuyla...
"FETÖ işi" ilə bağlı tutulan AXCP üzvünə cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək, təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Binə sakinini həyətində 80 çətənə kolu aşkar edilib
Binə qəsəbə sakinin həyətində çətənə koluaşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri keçirilib. Nəticəsində Binə qəsəbə sakini Asif Dənziyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 80 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
İmişli və Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
İyunun 5-də saat 22 radələrində İmişli rayonunun Ağaməmmədli kəndində rayon sakini Vaqif Əbilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan həmyerlisi Vüqar Ağaşova məxsus “QAZ-5312” markalı avtomobilə vurub.
Avtoqəzada 1 nəfər ölüb
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyunun 5-də saat 13 radələrində Quba şəhərində rayon sakini Araz Bədəlov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən həmyerlisi Füzuli Çərkəzovun idarə etdiyi “VAZ-2170” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən F.Çərkəzov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtomobilin oturacaqlarında 6 mobil telefon aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar2a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının içindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime" 2 ədəd "Samsung Galaxy J5 prime" və 2 ədəd "Samsung Grand J3 " markalı mobil telefonar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda dələduz falçı tutuldu
Respublikanın daxili işlər orqanları əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Maşallah Əhmədovun məhkəməsində mühabisə
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Prosesdə ifadə verən "Sahil MTK"nın sahibi Kamil Alıyevbildirib ki, podratçı şirkət tərəfindən M.Əhmədova daşların alınması və bir blokun üzlənməsinə görə 27 min manat ödənilib.
Bakıda qadınları soyan quldur yaxalandı
Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. “Olaylar” xəbər verir ki, belə ki, iyun ayının 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb.
Orta məktəbdə qanlı olay
Bakıda orta məktəbdə bıçaqlanma olub.“Olaylar” xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 85 saylı orta məktəbdə 11-ci sinif şagirdi, 17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, 17 yaşlı Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb. Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsi araşdırma aparır.
İrandan külli miqadarda psixotrap maddə keçirmək çəhdinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının təqdim etdiyi əl yüklərinə baxış keçirilib.
Şahid: “Məcbur olub, bazarı Akif Çovdarova və Hilal Əsədovun qayınatasına satdım” - “MTN İŞİ”
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dünyamin Xəlilovun məhkəmə istintaqı başa çatdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.














