Kriminal

Neftçala sakinindən odlu silah götürülüb

8 İyun 2017 15:20

Neftçala şəhər sakinində silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə,  Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakini Fərid Əsgərovdan "TT" markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

17 yaşlı qızı şantaj edən tutulub

8 İyun 2017 15:19

İyunun 7-də İbrahim Novruzlu adlı şəxs Masazır qəsəbə sakini olan 17 yaşlı bir qızdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 50 manat pul alıb. DİN-dən verilən məlumata görə,  Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində almaqda şübhəli bilinən Biləsuvar rayon sakini İbrahim Novruzlu tutulub. Faktla bağlı araşdırma aparılır.

Velosiped oğrusu yaxalanıb

8 İyun 2017 15:18

Nəsimi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 10-da  Bakı şəhər sakini Zaur Məmmədova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sevda Ağayeva tutulub, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Evdən qızıl oğurlayan qadın ələ keçib

8 İyun 2017 15:17

İyunun 2-də Lənkəran rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göyşaban kənd sakini Tamara Həsənova tutulub.

Bakıda telefon oğrusu tutulub

8 İyun 2017 15:16

Narimanov rayonunda mobil telefon oğrusu saxlanıb. DİN-dən verilən məlumata görə, iyunun 6-da Bakı şəhər sakini Seymur Əliyevin 2 ədəd mobil telefonunu oğurlanıb. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Elnur Rəhimzadə tutulub. Araşdırma aparılır.

Maşını qarət edənlərin əlləri qandallanıb

8 İyun 2017 15:15

Sumqayıt polisi maşınlara qənim kəsilən şəxsləri ifşa edib. DİN-dən verilən məlumata görə,  Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun  5-də Arzu Şəfiyevaya məxsus "Mazda" markalı avtomobildən içərisində 300 manat pul, sənəd və kosmetik əşyalar olan çantanı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Alı Alıyev və Ceyhun Şirinov tutulublar. Araşdırma zamanı onların əvvəllər məhkum olunduqları müəyyən edilib.

Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib

8 İyun 2017 11:49

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Oğrular 25 minlik cins inəkləri 8 minə satdılar

7 İyun 2017 15:42

Mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qara geri qayıtmayıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin gün onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək fermer təsərrüfatları üçün aldıqları ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəklərinin otlaq sahəsindən oğurlandığını bildiriblər.

Bakıda ərzaq mağazasını yaran saxlanıb

7 İyun 2017 15:40

İyunun 5-də Nəsimi rayonu ərazisindəki ərzaq mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə,  Bakı şəhər sakini İsmayıl Qədirovun içərisində 1500 manat və 1300 ABŞ dolları olan pul qabısı oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Mariya Pronina Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Evdən 12 000 manat dəyərində qızıl aparan tutulub

7 İyun 2017 15:39

Nizami rayonunda oğurluq hadisəsi baş verib. Belə ki, iyunun 5-də rayon ərazisindəki evlərdən birindən 12 000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə,  Nizami Rayon Polis İdarəsini 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev tutulub.

Bakı sakinindən marixuana götürülüb

7 İyun 2017 15:38

Bakı şəhər sakinindən 305 qr marixuana götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Musayevdən 305 qram marixuana götürülüb.

Ukraynadan Azərbaycana gətirilən 70 min avroluq kosmetik mal və avadanlıqdan ibarət yük oğurlanıb

7 İyun 2017 15:32

Ukraynanın Vinnitsa vilayətində Fransanın məşhur kosmetika şirkətinin Azərbaycan nümayəndəliyinin, azərbaycanlı iş adamına məxsus mal və avadanlıqdan ibarət ağır tonnajlı yükün olduğu maşın oğurlanıb.

Akif Çovdarovun məhkəməsində Hilal Əsədov ifadə verib

7 İyun 2017 14:59

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə sabiq MTN generalı Hilal Əsədov ifadə verib. H. Əsədov jurnalistlərə açıqlama verməkən imtina edib. Hazırda proses davam edir.

Bakı sakinindən avtomat götürülüb

7 İyun 2017 13:36

Bakıda silahlı şəxs yaxalanıb.Daxili İşlər Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, Binəqədi RPİ 6-cı PBəməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşad Məmmədovdan “AKM” markalı silah və 23 ədədpatron götürülüb.

İnək oğruları saxlanıb

7 İyun 2017 13:24

Abşeronda mal-qara oğruluğu ilə məşğul olan şəxslər tutulublar. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də rayon ərazisindəki 2 həyətyanı sahədən ümümilikdə 8 baş inəyi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev və Seymur Ağayev tutulublar.