Aksiz markasız külli miqdarda siqaretin realizəsinin qarşısı alınıb

Yevlax Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Yevlax Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama barədə daxil olan məlumat əsasında Mingəçevir şəhərində əməliyyat keçirilib. Mingəçevir şəhəri İ.Qasımov küçəsində keçirilən əməliyyat zamanı Mingəçevir şəhə sakini Səlimov Vüsal Nizami oğlunun idarə etdiyi VAZ-21154 markalı, 45BX080 dövlət nömrə nişanlı minik avtomobil saxlanılaraq Yevlax Gömrük İdarəsinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin salonundan və yük yerindən xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 37.000 ədəd "MAC", "Mond", "CK", "NZ", "Alster", "Comet", "GM", "Continent", "Gold Mount", "RC", "Senator", "Omega", " Ascent", "Cavallo", "Milano" və "Manchester" adlı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31