Kriminal

5 dəfə məhkumluq həyatı yaşamış narkotik satıcısı tutuldu

19 May 2017 18:35

Astara rayonunda narkotik satıcısı tutulub. Astara Rayon Polis Şöbəsinin əməkdaşları Şahağacı kənd sakini, 53 yaşlı Mirzəyev İqrar Nəriman oğlunu saxlayıb.  Belə ki, əməliyyat məlumatları nəticəsində İ.Mirzəyevin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitə əldə edərək satışını həyata keçirdiyi dəqiqləşdirilib. Vətəndaşın evinə baxış keçirilərək ona məxsus yaşayış yerindən 1 kq çəkidə həşiş qətranı və daha 200 qram çəkidə müxtəlif tərkibli narkotik və güclü təsiredici psixotrop maddələr aşkar edilərək götürülüb. 

20 yaşlı qız özünü körpüdən atdı

19 May 2017 18:01

Masallıda 20 yaşlı qadın özünü körpüdən ataraq intihara cəhd edib. Hadisə Masallı şəhəri ilə İsgəndərli kəndini birləşdirən, Viləş çayı üzərindəki körpüdə baş verib. İsgəndərli kəndində yaşayan 1997-ci il təvəllüdlü Ruqayyə İlqar qızı Cavadova özünü körpüdən ataraq intihara cəhd edib.

Biznesmen ərinin şikayəti əsasında saxlanılan qadın məhkəmədə özünü təqsirli bilməyib

19 May 2017 17:42

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən T. Abdullayeva özünü təqsirli bilməyib. Prosesdə zərərçəkmiş qismində 17-ci Polis Bölməsinin əməkdaşı Oqtay Məmmədov və Orxan Babayev ifadə verib. Onlar ötən ilin iyunun ayının 17-də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan T. Abdullayevanı saxlamaq əmri verildiyini bildiriblər. Qeyd ediblər ki, bölmədə onun barəsində məcburi gətirilmə haqda qərar olub və Təyminə Abdullayevanın yaşadığı mənzilə gedən zaman qadın onlara xəsarət yetirib.

Dostunun avtomobilini qaçıran tutulub

19 May 2017 16:33

Aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.

Avtomobildən narkotik vasitə və valyuta aşkar edilib

19 May 2017 16:28

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Şəki sakinin həyətində 70 ədəd çətənə kolu aşkar edilib

19 May 2017 14:45

Şəki rayonu ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib. “Olaylar”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Öyrət kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 461 kiloqram olan 4854 ədəd çətənə kolları aşkar edilərək məhv edilib. Bundan başqa Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaradırnaq kəndi ərazisində rayon sakini Əfqan Əhmədov tərəfindən kultivasiya yolu ilə yetişdiriliən 70 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Avtomobil oğruları ələ keçiblər

19 May 2017 14:44

Avtomobildən pul, mobil telefon, qızıl əşyalar və sənəd oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. “Olaylar”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 16-da Abdulhüseyn Ramazanovun “Chevrolet” markalı avtomobilindən 320 manat pul, mobil telefon, qızıl əşyalar və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Hüseynov və Abşeron rayon sakini Elməddin Quliyev tutulublar.

AXCP sədrinin köməkçisinin məhkəməsi başlayıb

19 May 2017 14:20

Bu gün Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. F. Əmirlinin vəkilləri - Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edərək, təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Quldurluq edən Bakı sakini tutulub

19 May 2017 14:10

Quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub.“Olaylar” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da Bakı şəhər sakini Rafiq Məmmədov Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək aprelin 25-də evinə gələn Cahangir adlı tanışının onu döyməsini və bıçaqla hədələyərək 160 manat pulunu, mobil telefon və sənədləri olan gödəkçəsini aparmasını bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək tutulub.

Prokuror Vidadi Zeynalov və digərlərinə cəza istəyib

19 May 2017 13:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. 

Mirşahinin qardaşı həbs edildi -  Məhkəmə qərarı

19 May 2017 12:24

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub. Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb.

"Həmin məbləğin 5,5 milyon dollarını mən görməmişəm" - "Rabitə işi"

18 May 2017 16:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Porsche" və "Escalade" sürürdü, inandım" - "MTN-in qadın polkovniki"nin məhkəməsi

18 May 2017 16:23

Vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Evləri qarət edənlər ələ keçiblər

18 May 2017 16:21

Binəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən mayın 15-də rayon ərazisindəki evlərdən birindən televizor və samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Musa Mirzəzadə və Vüsal Abdalov tutulublar. Faktla bağlı araşdırma aparılır. 

Keçmiş məhkum qadın gözəllik salonunun sahibini qarət etdi

18 May 2017 16:20

Bakının Yasamal rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, mayın 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini Səbinə Rzayeva oranın sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb. S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.