Kriminal
Dərman qutusunda narkotik vasitə aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı qutuda təsiredici maddəsinin ümumi miqdarı 0,285 qram olan narkotik vasitə - metadon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
3200 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerindəki ehtiyyat təkərin altından, cihazlar panelinin içindən və ön oturacağın altından gömrük nəzarətindən gizlədilən ümumilikdə 3200 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda səfirliyin yaxınlığında nə baş verib?
Ötən gün Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyinin yaxınlığında insident olub. Bu haqda Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki “Favorit” supermarketdən bir nəfərin çıxıb qaçdığını görüblər. Onun arxasınca çıxan supermarketin işçiləri “oğrunu saxlayın” deyə kömək istəyiblər.
Külli miqdarda çətənə kolu məhv edildi
Şəmkir rayonu ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib. “Olaylar” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təzəkənd kəndi ərazisindən yabanı halda bitən, ümumi çəkisi 7 ton 134 kiloqram olan 9 min 14 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Susananı ölüm həddinə çatdıran ər danışdı: "Onun psixi problemləri var" - ŞOK FAKTLAR
Mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində - Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intihar etməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Polis əməliyyat keçirdi: saxta pul kəsənlər tutuldu
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
"Mirəziz Əsgərov Vidadi Əzizovdan 100 min manat istəyib" - "MTN işi"
Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Narkotik satan “iş başında” yaxalanıb
Biləsuvar şəhər sakini Pərviz Babayev 3,334 qram tiryəki və 7,33 qram marixuananı satarkən Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən tutulub.DİN-dən verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Hümbət Abıyev müəyyən edilərək tutulub və ondan 2,751 qram tiryək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq H.Abıyevə narkotik vasitəni satan həmyerlisi Şakir Vahablı da müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 421,93 qram marixuana aşkar edilərək götürülüb.
Dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub
Mayın 16-da Zabrat dəmir yolu stansiyasının ərazisindən 30 ədəd rels birləşdiricisi oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rels birləşdiricilərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rahib Məmmədov tutulub. Araşdırma aparılıb.
Gəncədə silsilə oğurluq törədən şəxs tutulub
Gəncədə silsilə oğurluq törədən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 həyətyanı sahədən su mühərriki, 5 ədəd palma ağacı və məişət əşyaları, həmçinin 1 mağazadan pul, tütün məmulatı və spirtli içkilər oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ceyhun Mərdanov saxlanılıb. Araşdırma aparılır.
Vidadi Zeynalovun vəkilləri məhkəməyə gəlmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar"a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Dələduz qadın saxlanıb
Dələduzluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri də müəyyən edilib.“Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlara qarşı dələduzluq etdiyinə görə tutulan Dürrə İsmayılovanın ətrafında Xətai RPİ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2013-2017-ci illər ərzində Bakı şəhər sakini olan daha 7 nəfəri aldadaraq onlardan qızıl əşyalar alması da müəyyən edilib.
Evdən pul və dollar oğurlayan tutulub
Masallı rayonunda oğurluqda şübhəli bilinən yerli sakin saxlanılıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki evlərdən birindən 50.000 manat və 20.000 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Nəzir Məmmədov tutulub. Onun əvvəllər də məhkum olunduğu bildirilir.
Məhkəmə Leyla və Arif Yunusların iclasa məcburi gətirilmələri haqqında qərar qəbul edib
Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.














