Kriminal

Bir gündə 5 piyada ölümü baş verib

20 Noyabr 2018 14:44

Ötən gün yol qəzalarında 5 piyada dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, noyabrın 19-da saat 18 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kamil Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zülfü Mustafanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Noyabrın 19-da saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Mahir Əmirov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Fikrət Şahbazovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Metroda soyğunçuluq edən şəxslər yaxalanıb

20 Noyabr 2018 13:26

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, noyabrın 19-da saat 9 radələrində metronun “Koroğlu” stansiyasının platformasında naməlum şəxs Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını açıq talama yolu ilə aparıb. Dərhal görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Daewoo”markalı avtobus avtomobilə çırpılıb - ölən var

19 Noyabr 2018 18:33

Nəsimi rayonunun Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ögey qardaşını güllələdi

19 Noyabr 2018 18:31

Qadın kirayə yaşadığı mənzildə qətlə yetirilib

19 Noyabr 2018 15:18

Bakıda qadını kirayə yaşadığı mənzildə qətlə yetirən şəxs saxlanılıb.DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Rabitə xəttini oğurlayan şəxs saxlandı

19 Noyabr 2018 14:13

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir və yenidənqurma işlərinin aparıldığı Sabunçu stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli rabitə xəttinin oğurlanması barədə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.