“Nissan” elektrik dirəyinə çırpılıb
Balakən rayonunun Poçtbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
21 Noyabr 2018 17:21 KriminalBalakən rayonunun Poçtbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 21-də saat 1 radələrində Balakən rayonunun Poçtbinə kəndi ərazisində Bakı şəhər sakini Ülvi Əliyev idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və zərbədən avtomobil aşıb. Sürücü hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31