Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
21 Noyabr 2018 16:17 KriminalBakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31