Paytaxtda iki avtomobil toqquşub - ölən var

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, noyabrın 20-də saat 20 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi "Daewoo" markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus "Audi" markalı avtomobilə vurub. Nəticədə R.Sultanov hadisə yerində ölüb, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31