Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb.

Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə  Xətai RPİ-nin  34-cü Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Bayram Orucov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31