Qadını döyərək pulunu alan tutulub
Quldurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.
21 Noyabr 2018 21:47 KriminalQuldurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 19-da Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadını döyərək quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Afət Məmmədov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31