Azərbaycanda evdən 61 yaşlı qadının meyidi tapıldı - FOTO
Kürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb
6 Avqust 2021 21:11 KriminalKürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb.
Hadisə Soltan Şıxəliyev küçəsində qeydə alınıb.
Onun Kürdəmir bazarında xadimə işləyən, 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızı olduğu müəyyənləşib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
///Report



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31