Ucar sakini qaynının toyu günü intihar edib

Ucar sakini dəvət olunduğu toya gəlib və intihar edib

 

Ucar sakini dəvət olunduğu toya gəlib və intihar edib.

Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı i təvəllüdlü Fatma Qasım qızı Mikayılova bu gün keçirilməsi nəzərdə tutulan qaynının toy məclisinə dəvət alıb.

Ötən gün axşam saatlarında kəndə gələn F. Mikayılova bu gün səhər saatlarında yaylıq ilə evində özünü asaraq intihar edib.

F. Mikayılova yazdığı məktubda səhhətində yaranmış problemlə başlı intihar etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31