Ərdən arvadı ilə görüşən azərbaycanlı oğlana qarşı TÜKÜRPƏDƏN ƏMƏL - YENİLƏNİB
11 İyun 2019 17:02 KriminalRusiyanın Samara şəhərində azərbaycanlı gənc avtomobilində yandırılıb.
Publika.az "Komsomolskaya Pravda" nəşrinə istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.
Məlumata görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Elmir Cəfərovun Poxvistnevsk rayonunda evli qadınla gizli münasibəti olub. Bundan xəbər tutan qadının əri əvvəlcə onu qətlə yetirib, daha sonra "Qazel" markalı avtomobilində yandırıb.
E.Cəfərovun cəsədi Poxvistnevsk rayonunun Matyan qəsəbəsi ərazisində yanmış "Qazel" markalı avtomobildən tapılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31