Rusiyada azərbaycanlı gəncin meyitini yandırdılar

Rusiyada azərbaycanlı gəncin meyitini yandırdılar

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində "Qazel" markalı avtomobildə aşkar olunub.

"Qazel" yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.

modern

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31