Bakıda kişi fahişəxana açdı: 6 qadın... – İttiham
Bakıda kişi fahişəxana açdı: 6 qadın... – İttiham
16 May 2019 11:56 KriminalBakıda qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Emin Quliyev barəsində cinayət işi açılıb.
Emin Quliyevin barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan olunub.
Məlum olub ki, Emin Quliyev bir neçə qadını Nərimanov rayonu ərazisində pul müqabilində kişi müştərilərlə görüşməsini təşkil edib.
Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Emin Quliyevin cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün Tural Ələkbərovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 23-nə təyin edilib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31