Motosiklet traktorla toqquşub- sürücü hadisə yerində ölüb

Motosiklet traktorla toqquşub- sürücü hadisə yerində ölüb

Neftçala rayonunun Yuxarı Qaralı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 12-də saat 13 radələrində Neftçala rayonunun Yuxarı Qaralı kəndi ərazisində rayon sakini Sultan Sultanov idarə etdiyi, dövlət qeydiyyat nişanları olmayan "İJ Planet" markalı motosikleti qarşıda gedən həmkəndlisi Ə.Paşayevin idarə etdiyi "T-28 X4" markalı traktora vurub. Nəticədə S.Sultanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31