Avtomobil vuran piyada hadisə yerində ölüb
Avtomobil vuran piyada hadisə yerində ölüb
13 May 2019 15:18 KriminalNərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 12-də saat 19 radələrində Nərimanov rayonunun Z.Bunyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Nazim Əhmədov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "NAZ-Lifan" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Əliyev saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31