Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
13 May 2019 15:11 KriminalPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində Sabirabad şəhər sakini, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş X.Abbasovun idarə etdiyi "Hyundai" markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 105 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan V.Mədətovdan narkotik vasitə olan heroin götürülmüşdür. Polis əməkdaşları tərəfindən onun həmyerlisi Ə.Hüseynovla birgə kultivasiya yolu ilə 3 ədəd çətənə kolu yetişdirməsi müəyyən edilmişdir. Görülmüş tədbirlərlə Ə.Hüseynov da saxlanılmışdır.
Həmçinin V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 153 dədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin "QAZ-3302" markalı avtomobilindən marixuana aşkar edilərək götürülmüşdür. Davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə 1 ədəd "F-1" markalı qumbara və 10 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürmüşlər.Faktlarla bağlı araşdırmalar aparılır.