Cəlilabadda maşın azyaşlı uşağı vurub öldürüb

Cəlilabadda maşın azyaşlı uşağı vurub öldürüb

Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Təzəkənd kənd sakini Mədətxan Məmmədov idarə etdiyi "VAZ-2105" markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Adəm Əmirovu vurmuşdur. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölmüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31