3600 ədəd "King" markalı siqaret aşkarlanıb

3600 ədəd "King" markalı siqaret aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21013" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunun alətlər paneli yerləşən hissəsində və qoltuq altı hissədən ümumilikdə 3600 ədəd "King" markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31