Maşından pul və sənəd oğurlayan yaxalanıb

Maşından pul və sənəd oğurlayan yaxalanıb

Gəncə şəhərinin Nizami rayonu ərazisində avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə,  Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisində "VAZ-21011" markalı avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini B.Məmmədov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31