Evlərdən toyuq və məişət əşyaları oğurlayan ələ keçib
Evlərdən toyuq və məişət əşyaları oğurlayan ələ keçib
10 May 2019 14:30 KriminalGəncə şəhərinin Nizami rayonu ərazisindəki həyətyanı sahələrin birindən ev quşu oğurlayan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən ötən il iyunun 14-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 9 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31