Evi qarət edən 5 aydan sonra saxlandı
Evi qarət edən 5 aydan sonra saxlandı
10 May 2019 14:29 KriminalPaytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən xeyli miqdarda pul oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, cari il yanvarın 16-da paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 3200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini N.İsmayılov müəyyən edilib. O, Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Şöbəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31