Oğrunun digər əməlləri aşkar edilib
Quldurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
8 May 2019 16:20 KriminalQuldurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğuldurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 2500 manat, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31