Binanın liftini sökən saxlanıb

Binanın liftini sökən saxlanıb

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Pimenov polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə mayın 2-nə keçən gecə N.Əliyev küçəsindəki 2 binada liftlərin əyləc dolaqlarının oğurlanması barədə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Pimenov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31