Bakıda piyadanı vuran sürücü Qəbələdə saxlandı

Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb

Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a bildirilib ki, mayın 6-da saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudova və onun azyaşlı nəvəsi Nuray avtomobillə vurulmuşdur. Sürücü hadisə yerini tərk etmişdir. Hər iki piyada xəstəxanaya yerləşdirilmişdir. DİN-in "Təhlükəsiz Şəhər" Xidməti və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "NAZ Lifan" markalı avtomobillə törədildiyi müəyyən edilmişdir. Qəbələ RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Şəki rayon sakini X.Cəmilov Qəbələ rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31