Şantajla pul tələb edən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildiriblər ki, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən T.Əliyev müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində tərəfindən saxlanılıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31