Oğrunun digər əməlləri ifşa edilib
Oğrunun digər əməlləri ifşa edilib
3 May 2019 16:23 KriminalOğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş N.Hüseynovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 evdən kombi, təmir-tikinti alətləri, samovar, su mühərriki və elektrik naqili oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31