Oğru “iş başında” yaxalandı
Quba rayon sakini oğurluq edərkən saxlanılıb
3 May 2019 16:21 KriminalQuba rayon sakini oğurluq edərkən saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq edən şəxs cinayət başında yaxalanmışdır. Mayın 2-də gecə saat 2 radələrində Quba şəhəri ərazisindəki bazarın yaxınlığında dayanmış "VAZ-21011" markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Süleymanov olduğu müəyyən edilmişdir. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31