Bakı sakinində odlu silah aşkar edilib
Bakı şəhər sakinində odlu silah aşkar edilib.
26 Aprel 2019 16:19 KriminalBakı şəhər sakinində odlu silah aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etydiyini görərək dərhal ora yaxınlaşıblar. Bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil vermişlər.
Araşdırmalarla onun Bakı şəhər sakini C.Quliyev olduğu müəyyən edilmişdir. Ondan müvafiq sənədləri olan tüfəng götürülmüşdür. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31