Bakı sakinindən saxta əskinaslar götürülüb
Bakı sakinindən saxta əskinaslar götürülüb
26 Aprel 2019 16:15 KriminalBakı şəhər sakinində saxta əskinaslar aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Əsgərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31