Evdən tüfəng oğurlayıb avtomobili qaçırdı
Evdən tüfəng oğurlayıb avtomobili qaçırdı
22 Aprel 2019 15:25 KriminalOğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən "Ford" markalı avtomobili qaçırması, habelə fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd "İJ-58" markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31