Qadına qarşı soyğunçuluq edən şəxs ələ keçib
Qadına qarşı soyğunçuluq edən şəxs ələ keçib
22 Aprel 2019 15:22 KriminalHüquq-mühafizə orqanları tərəfindən soyğunçuluqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 21-də Yevlax şəhəri ərazisində naməlum şəxs Göyçay şəhər sakini olan bir qadının içərisində 28 manat olan pul kisəsini açıq talama yolu ilə alıb. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31