Türkiyədə dəhşətli qəza: 34 avtomobil toqquşdu - Ölən var/FOTO
18 Avqust 2018 15:15 KriminalTürkiyənin İnegöl bölgəsində 1 tır, 3 avtobus və 30 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.
Olaylar.az Yenicag.az-a istinadən xəbər ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.
Məlumata görə, dövlət nömrə nişanı müəyyən edilməyən maşınlardan biri yola tökülən mazutun üzərində sürüşüb və hadisə nəticəsində 34 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə yerinə gələn təcili yardım briqadaları yaralıları xəstəxanaya yerləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31