Sərxoş ər arvadını öldürdü, qohumunu yaraladı

Avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib.

Nəticədə M.Bayramova ölüb, X.Salmanova isə xəstəxanaya yerləşdirilib. 

Samux RPŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Araşdırma aparılır.  

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31