Gəncədə kafe yanıb
15 Avqust 2018 13:34 KriminalGəncə şəhərinin Nizami rayonununda ümumi sahəsi 70 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə yüksək temperaturdan lambirdən ibarət tavan 20 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31