12-ci mərtəbədə intihara cəhd etdi
15 Avqust 2018 13:32 KriminalBakıda intihar etmək istəyən şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi tikilməkdə olan çoxmərtəbəli binanın 12-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31