Velosipedlərə qənim kəsilənlər ələ keçiblər

9 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-dən avqustun 12-dək olan müddətdə şəhər sakinləri olan 9 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılmış, əvvəllər məhkum olunmuş daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31