Evdən 20000 manat dəyərində qızıl aparanlar yaxalanıblar
14 Avqust 2018 17:11 KriminalOğurluqda şübhəli bilinən Neftçala rayon sakinləri saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birindən 20000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Xolqaraqaşlı kənd sakini Nuruş Əmənov və Salyan rayon sakini Murad Ələkbərov saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31