Avtomobil vuran piyada xəstəxanada ölüb

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Goranboy rayon sakini Məmməd Tağıyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Səkinə Bağırovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31