Avtoqəzada sürücünün həyat yoldaşı dünyasını dəyişdi
14 Avqust 2018 13:34 KriminalQaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi "VAZ-21074" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31