Gəncə hadisələrinin daha bir iştirakçısı axtarışa verildi

Gəncə hadisələrinə görə daha bir nəfər həbslə axtarışa verilib.

Olaylar.az xəbər verir ki, Hikmət Natiq oğlu Əliyev Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2, 279.1-1, 277 və 315.2-ci maddələri (ümumilikdə, 21 maddə) ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatlarına görə, bu qurumun, DİN-in və DTX-nin əməkdaşlarından ibarət operativ istintaq qrupunun həyata keçirdiyi tədbirlər sayəsində Gəncədə baş vermiş hadisələrlə bağlı 61 nəfər ittiham olunub və onların barəsində həbs qətimkan tədbiri seçilib, xüsusi xidmət orqanları tərəfindən dörd nəfər zərərsizləşdirilib, daha 13 nəfər axtarışa verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31