Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 22-nə keçən gecə Nizami rayonunun Babək prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Abbasov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31