Qarsda 14 azərbaycanlı qadın saxlanıldı

Qars rayon polis idarəsinin əxlaq bürosu Karadağ məhəlləsində yerləşən gecə klublarından birində əməliyyat keçirib. 

Əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb. 

Məlumata görə, saxlanılanlardan 14-ü azərbaycanlı, dördü rus, ikisi gürcü, yeddisi erməni, üçü özbək, biri isə moldovalıdır. 

Sənədləşmələrdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31