Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi  və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Eltun Muradovun idarə etdiyi "VAZ-21074" markalı avtomobilədən sərnişini, əvvəllər məhkum olunmuş Bədirxan Teymurova məxsus 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə B.Teymurovun qohumu H.Teymurovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə  kolu da aşkar edilərək götürülüb. 

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Məzahir Quliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.  Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Hənifə kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton olan 7856 ədəd çətənə kolunu yığaraq məhv ediblər.Bu istiqamətdə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31