Sabunçu rayonunda odlu silah tapılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 17-də əcnəbi vətəndaş Sabunçu rayonu ərazisində yaşadığı evin qarşısından "AK" markalı silahı, 3 ədəd patron darağını və 121 ədəd patron tapıb. O, tapdığı silah-sursatı 13-cü Polis Bölməsinə təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31