Şirkətin anbarından ərzaq məhsulları oğurlayan ələ keçib
18 İyul 2018 17:58 Kriminalİyulun 12-nə keçən gecə Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər qısda müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakini Elçin Nəsibov, Bakı şəhər sakinləri Məmməd Rüstəmov və Bünyad Abbasov olduqları müəyyən edilib. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31