Bakıda dəhşətli intihar: Qadın özünü 17-ci mərtəbədən atdı – VİDEO
17 İyul 2018 13:12 KriminalBakının Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.
Minval.İnfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.
Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş: "Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal örtdülər" .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31