Qəzet redaksiyası qarət olundu
17 İyul 2018 11:21 KriminalMingəçevirdə qəzet redaksiyasından oğurluq olub.
Qarətçilər pəncərəni sındıraraq chr("39")chr("39")Mingəçevirchr("39")chr("39") qəzetinin redaksiyasına daxil olublar. İçəri daxil olan şəxs və ya şəxslər oradan 2 noutbuk götürüblər, 1 komputer prosesorunu isə yararsız vəziyyətə salıblar.
Ümumilikdə qəzetə 1800 manatdan artıq ziyan dəyib. Verilən məlumata görə, oğurlanan avadanlıqların yaddaşında qəzetə məxsus sənədlər, qəzetin növbəti nömrəsi üçün olan materiallar saxlanılıb. Hazırda redaksiyada iş prosesi dayanıb.
Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.
"Qafqazinfo" Xezerxeber-ə isstinadən bildirir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31